Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Quba" "Sərhədçi" ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüş saat 20:30-da başlayıb.
"Quba" qarşılaşmadan qələbə ilə ayrılıb - 87:79.
Bölgə təmsilçisi bu qalibiyyətlə birlikdə turnir cədvəlini "Sərhədçi"nin qabağına keçib.
Onlar 22 xalla 3-cü, 1 xal az toplayan "Sərhədçi" isə 5-ci yerin sahibidir.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq.


