Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq.
İlk qarşılaşma Şəkidə baş tutacaq. Yerli komanda NTD-ni qəbul edəcək.
Oyun 14:00-da başlayacaq.
Daha sonra turun mərkəzi oyunu baş tutacaq. "Neftçi" və "Abşeron Lions" üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.


