"Fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Abşeron Lions"un baş məşqçisi Erhan Toker "Gəncə"ni məğlub etdikləri oyundan sonra deyib.
Türkiyəli mütəxəssis bu oyun üçün cəmi 5-6 məşq edə bildiklərini də söyləyib:
"Təxminən 20 günlük fasilədən sonra bir oyuna çıxdıq. Oyun ritmimizi itirmişdik. Bu oyuna qədər cəmi 5-6 məşqimiz olub. Bəzi oyunçular parket üzərində çox qaldı. Az-az əvəzləndi. Bu da istər-istəməz səhv etmələri ilə nəticələnirdi. Rəqib də güclü komanda idi. Son olaraq "Sabah"a qarşı da belə mübariz oyun sərgiləmişdilər. Yekunda bu qədər hazır olmadan və fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm".
Qeyd edək ki, "Abşeron Lions" Azərbaycan Basketbo Liqasının XII turun bağlanış matçında "Gəncə"ni 98:93 hesabı ilə məğlub edib.



