"Beşiktaş" basketbol komandası heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, onlar ABŞ-lı Mett Toması transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı basketbolçu son olaraq İspaniyanın "Qranada" klubunun formasını geyinib.

Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.