"Əslində müdafiədə yaxşı oynadıq. Sadəcə, rəqib hücumlarda yaxşı çıxış etdi". 

Offsideplus.az xəbər verir ki, bu sözləri ABL-nin XII turunda "Neftçi"yə məğlubiyyətdən sonra "Şəki"nin baş məşqçisi Bedri Meriç söyləyib. O, matçı dəyərləndirib:

“Rəqibimizi təbrik edirik. Ribaundlarda da rəqibə uduzduq. Məyusam. Çərşənbə günü “Sərhədçi” ilə kubok matçımız var. Bütün diqqətimizi bu matçda qalib gəlməyə yönəldəcəyik. Kubokda “Sərhədçi”ni keçsək, “Abşeron Layns”la qarşılaşacağıq. Onlar da tanıdığımız komandadır. Kubokda 3+2 sisteminin olması bizim üçün üstünlükdür. Çünki çempionatda demək olar ki, 2 yerli oyunçudan da istifadə edirik. Ona görə də Azərbaycan Kubokunda mümkün qədər uzağa getməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi" - "Şəki" oyunu 82:60 hesablı "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb.