“Qalatasaray”da növbəti dəfə koronavirusa yoluxma faktı qeydə alınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün heyət üzvləri və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb.

Adı açıqlanmayan şəxs karantinə alınıb və komandanın məşqləri isə 6 günlük dayandırılıb.

“Qalatasaray”da daha əvvəl baş məşqçi Fatih Terim, klubun vitse-prezidenti Abdurrahim Albayrak və klub prezidentinin köməkçisi Yusuf Günay koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdı. 

Qeyd edək ki, ötən gün "Beşiktaş"da klub prezidenti də daxil 8 nəfərdə virus aşkarlanıb. "Qara qartallar" məşqi qeyri-müəyyən müddətə dayandırıb.