"Sabah" futbol klubu Azərbaycan Kuboku uğrunda 1/4 final mərhələsinin cavab görüşündə tarix yazıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" "Sumqayıt" səddini aşmaqla birdən-birə 2 rekorda imza atıblar.

Birincisi, "Sumqayıt" üzərində 4:0 hesablı qələbə Bakı təmsilçisinin ölkə kubokları yarışında ən böyükhesablı səfər qalibiyyəti olub. Bu vaxta qədər "Sabah" səfərdə ən çox top fərqi ilə 2018/19 mövsümündə “Ağsu”nu üstələmişdi (3:0).

Vasili Bereutskinin yetirmələri Sumqayıtda daha bir tarixi nəticəni gerçəkləşdiriblər. Söhbət komandanın ilk dəfə kubokun yarımfinalında iştirak hüququna yiyələnməsindən gedir.

“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətinə düçar olub. "Gənclik şəhəri"nin komandası indiyədək doğma azarkeşlər önündə 3 top fərqi ilə uduzmuşdu. "Qarabağ" 2015/16 mövsümündə 4:1 və 2016/17 mövsümündə isə 5:2 hesabı ilə sumqayıtlılara qalib gəlmişdi. 0:4 "Sumqayıt"ın tarixinə ən bərbad nəticə kimi düşüb.