"Qrup birincisi olmaq uğrunda mübarizə apara bilərik. Rəqiblərimizi tanıyırıq. Asan olmayacaq. Amma yaxşı oynasaq, istəyimizə nail ola bilərik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Kosovo millisində baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Muharrem Sahiti UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

O, yaxşı komandaya sahib olduqlarını bildirib: "Ancaq yenə çalışmaq lazımdır. Dünya çempionatının seçmə mərhələsində bundan da güclü rəqiblərlə qarşılaşmışdıq. Dünya çempionatında məqsədimiz oyunçuları təcrübə yığaraq inkişaf etməsi idi. Amma indi daha böyük nəticələr barədə düşünmək olar".

Qeyd edək ki, Kosovo 3-cü qrupda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq.

qol.az