“Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə yeni təyinat olub. 

Offsideplus.az xəbər verir ki, bu vəzifəni Asəf Zeynallı icra edəcək.

Qeyd edək ki, 2010-cu ildən müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərmiş Asəf Zeynallı 2017-ci ildən “CBC Sport” telekanalında Xəbərlər Departamentinin şef-redaktoru vəzifəsində çalışıb. 

2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.