İlqar Qurbanov A milli komandanın direktoru təyin olunub. 

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qurbanov buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.

Xatırladaq ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.