"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan əvvəl jurnalistlər üçün brifinq keçirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Mahir Emrelinin komandaya mümkün transferindən danışıb:
"Mahir Emreli məsələsinin bizim üçün qapandığını demək düzgün olmaz. Lakin danışığımız da olmayıb. Bu barədə ümumən ətraflı müzakirəmiz getməyib".
Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də, Bakı vaxtı ilə 20:00-da start götürəcək.