Dünən "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"i 1:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, bununla da "qartallar" Azərbaycanın UEFA reytinqini artırıb.

Belə ki, Raşad Sadıqovun rəhbərlik etdiyi kollektiv ölkəmizə 0,250 əmsal qazandırıb.

Bu nəticədən sonra Azərbaycan (17.000) mövqeyini bir pillə yaxşılaşdıraraq 24 yerə yüksəlib.

Ölkəmiz Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.