Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsi oyunları üçün İsveç millisinə dəvət olunub.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Yanne Andersson 42 yaşlı hücumçunun Belçika və Azərbaycan milliləri ilə oyunlara çağırılmasının mümkün olduğunu daha öncə açıqlamışdı

"Zlatanın milliyə çağırılması çərşənbə günü dəqiq bilinəcək. Dəfələrlə demişəm ki, Zlatan formada və sağlamdırsa, meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.

Siyahını təqdim edirik:

Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterham Yunayted", İngiltərə)

Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Ludvig Auqustinsson ("Malyorka", İspaniya), Hyalmar Ekdal ("Bernli", İngiltərə), Viktor Nilsson Lindelöf ("Mançester Yunayted", İngiltərə), İsak Hein ("Verona", İtaliya), Joel Andersson ("Midtüllan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa) Edvin Kurtuluş ("Hammarbü"), Karl Starferlt ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtüllan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.