Fevralın 20-dən 28-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. 

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmaya aşağıda adları qeyd olunan 24  futbolçu çağırılıb:

Rauf Əyyubov,  Əlibəy Mahmudov, Həzrət Səmədov, Sinan Mehdizadə, İslam Həsənov,  İbrahim Xəlilov (hamısı "Sabah"), Ayxan Qocayev,  İlkin Həzizadə, Murad Səlimov   (hamısı "Sumqayıt"), Elbrus Kərimov ("Şamaxı"), Nihad İsaqov,  Hüseyin Məmmədov (hər ikisi"Kəpəz"), Hüseyin Atayev ("Turan Tovuz"), Bahadur Quliyev, Hüseyin Vəlizadə, Emil Usubov, Əhliman Suleymanzadə (hamısı "Zirə"), Əmir Fətiyev, Elvin Vəliyev, Nicat Məhərrəmov  (hamısı "Neftçi"), Akif Əliyev, Toğrul Haqverdiyev (EFA), Ariz Kərimov ("Qəbələ"), Əlibaba Fətəliyev ("Səbail")