Gələn ay millimizlə yoxlama matçı keçirəcək Kosovo yığması oyuna əsas heyətlə çıxmayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Məlumatda komandamızla oyun üçün yığmanın heyətinə ancaq yerli çempionatda çıxış edən futbolçuların dəvət olunacağı qeyd olunub: "Bu oyun onların səviyyəsini yoxlamaq üçün yaxşı sınaqdır".

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu fevralın 2-də Antalyada baş tutacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda bu görüşdən əvvəl isə Moldova millisi ilə qüvvəsini sınayacaq. Həmin oyun yanvarın 30-da keçiriləcək.