Futbol üzrə Azərbaycan I divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, mərasim 11 avqust tarixində baş tutacaq. Tədbir AFFA-nın inzibati binasında keçiriləcək.

Qeyd edək ki, I divizionda yeni mövsüm 24 avqustda start götürəcək.