Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun komandası bu oyunda qalib gəlsəydi, ən azı 4-cü yeri özü üçün təmin edəcək və Konfrans Liqasına vəsiqə qazanacaqdı. Ancaq sözügedən görüşdə "Zirə" 0:3 hesabı ilə uduzub. "Neftçi" isə "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

4 may (çərşənbə)

17:45. “Zirə” – “Qəbələ” 0:3

Qollar: Fernan Lopes, 26, Rafael Utziq, 45, Omar Hani, 81
Hakimlər:
 Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

 20:00. “Sumqayıt” – “Neftçi” 0:2
Qol: Tiaqo Bezerra, 12, 62

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”

3 may (çərşənbə axşamı)

19:00.“Qarabağ” – “Sabah” - 1:1 
Qollar:
 Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)
Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”

16:30. “Şamaxı” – “Səbail” - 0:0 
Hakimlər: 
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

etee