Azərbaycan yığmasının üzvü Eddi İsrafilov Malta ilə sabah keçiriləcək yoxlama oyunu üçün təşkil edilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o sabahkı görüşlə bağlı bunları söyləyib:

“Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.