"Neftçi"nin yeni transferi Eddi İsrafilov şəxsi "instaqram" hesabında paylaşım edib.

Offsideplus.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi flaqmana keçidi ilə bağlı fikirlərini izləyiciləri ilə bölüşüb:

“Öncə “Luqo”ya orada keçirdiyim aylara görə təşəkkür edirəm. Mənə hər cür şəraiti yaratdığınız və qərarımı başa düşdüyünüz üçün vidalaşmaq istədim. Sizə ürəkdən təşəkkür edirəm! İkincisi, böyük kluba və çox gözəl, həyəcanlı layihəyə qoşulduğum üçün çox sevincliyəm”.

Qeyd edək ki, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.