"Neftçi" daha bir transferini reallaşdırıb.

 Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"  millimizin sabiq futbolçusu Eddi İsrafilovu heyətinə qatıb. Onunla  2.5 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

Qeyd edək ki, 29 yaşlı oyunçu keçən ilin yayından klubsuz idi.

Xatırladaq ki, paytaxt təmsilçisi daha əvvəl "Keşlə"dən Azər Salahlını transfer etmişdi.