Tanınmış irlandiyalı futbolçu, uzun müddət "Everton" və "Mançester Siti" kimi klubların şərəfini qorumuş Riçard Dann DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya - Azərbaycan (1:1) matçı haqqında fikirlərini bölüşüb. 

Offisdeplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öz millisinin oyununu tənqid edib: "Əgər biz Dünya və ya Avropa çempionatlarının final mərhələsinə qatılmırıqsa, deməli, nələrisə düz etmirik. Bu İrlandiya millisi qələbə qazanmağın yolunu bilmir. Portuqaliya ilə matçdan sonra hamı inkişafın olduğunu deyirdi, lakin Azərbaycanla oyunda yenə hər şey təkrarlandı. Yaxşı futbol sərgiləmək qələbə üçün yetərli deyil".