"Zirə" daha 3 futbolçunun keçidini açıqlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" "Zaqatala"dan Rüstəm Nuriyevi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Klub 20 yaşlı Ramin Əhmədov ("Zaqatala") və Samir Qurbanovla ("Kəpəz") 2025-ci ilədək sözləşmə imzalayıb.