19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz bu gün moldovalı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirəcək. Matç bu gün Bakı vaxtı ilə  13:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə nəticələnmişdi.