Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb,

Offsideplus.az xəbər verir ki, püşkatmaya 4-cü səbətdən qoşulan yığmamız Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro seçmələri ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, dünya çempionatı 2023-cü ilin 10 iyul - 20 avqust tarixləri aralığında keçiriləcək.. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.