Paytaxt Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, hazırlıq çərçivəsində birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb.

Seçməmizin qollarını Bahadur Quliyev, Ağadadaş Salyanski və Qurban Səfərov vurub.