"Real"ın baş məşqçisi Karlo Ançelotti təqaüdə çıxdıqdan sonrakı planları barədə məlumat verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "France Football" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Təqaüdə çıxdığım gün möhtəşəm olacaq. Argentina, Avstraliya və Maldiv adalarına getmək istəyirəm. Çoxlu səyahət etməyi düşünürəm. Təqaüdə çıxmazdan əvvəl isə yeni formatda keçirilən Çempionlar Liqasını qazanmaq arzum var".