"İnter Mayami"nin futbolçusu Lionel Messinin "Kopa Mükafatı"nda qalib səsini kimə verdiyi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbəyə görə, Leo mövsümün ən gənc futbolçusuna təqdim edilən mükafatın səsverməsində, səsini "Barselona"nın 17 yaşlı ispaniyalı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamala verib.
Qeyd edək ki, Lamin Yamal 2023-2024-cü illər mövsümündən etibarən "Barselona"nın uğurları üçün çalışıb.