"Qalatasaray"ın hücumçusu Mauro İkardinin müqaviləsi dondurula bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbəyə görə, səbəb olaraq ulduz forvardın ciddi zədələnməsi və bununla da mövsümü erkən başa vurması bildirilir.

Xatırladaq ki, İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Tottenhem"ə qarşı (3:2) matçında çarpaz bağlarından zədə alıb.