"Real"ının 2023/2024-cü illər mövsümünün yekunları üzrə əldə etdiyi qazancın məbləği bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Madrid təmsilçisinin ümumi gəliri 1,073 milyard avro məbləğ təşkil edib.

Vergilər və sosial ödənişlər nəzərə almaqla xərclər 277,1 milyon avro məbləğ təşkil edib.