Argentina millisi aparıcı futbolçularından birinin xidmətindən yararlana bilməyəcək.

Offsideplus.az Argentina yığmasının "tvitter" səhifəsinə istinadla xəbər verir ki, Paulo Dibala qarşıdakı oyunlarda iştirak etməyəcək. Buna səbəb futbolçunun səhhətində yaranmış problıemdir. Həkim müayinəsindən keçən "Yuventus"luya bir müddət istirahət etməli olduğu deyilib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Paraqvayı, 18-də Perunu qəbul edəcək.