UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda yer alan Moldova və Kosovo yığmaları arasındakı görüş Kişinyovda baş tutmayacaq.

Offsideplus.az xəbər verir ki, oyun neytral meydanda təşkil olunacaq.

Buna Moldova hökumətinin Kosovonu müstəqil dövlət kimi tanımaması səbəb olub. 

Moldova Futbol Federasiyası oyunu təşkil etmək üçün Kosovonun müstəqilliyini tanıyan ölkə tapmalıdır.

Qeyd edək ki, Moldova - Kosovo görüşü sentyabrın 3-də keçiriləcək.