“Keşlə”nin üzvü Con Kamara zədəsini sağaldıb.

Bu barədə Offsideplus.az-a futbolçunun özü açıqlayıb.

Syerra Leone millisinin üzvü komandasına kömək etməyə hazır olduğunu bildirib:

“Hazırda özümü yaxşı hiss edirəm. Məşqlərdə əlimdən gələni edirəm. “Səbail”lə oyuna tam hazırıq. Allahın köməkliyi ilə qarşılaşmada iştirak edəcəm. Çünki komandamın mənə ehtiyacı var. Onlara kömək etməyə hazıram”.