Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Slovakiya matçı üçün hakim təyinatları açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, matçı Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona Alan Malvenni və Sin Karr köməklik edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü iyunun 11-i saat 20:00-da başlayacaq