AFFA İntizam Komitəsinin iclası keçirilib

Offsideplus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Eyni zamanda “Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Bunun üçün isə "Qəbələ" klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək