İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıtmaq istəmir.
Offsideplus.az xəbər verir ki, "Corriere dello Sport" nəşri portuqal ulduzun komanda yoldaşı Paulo Dibalanın sağlıq durumu haqqında yalan məlumatlar yaydığını iddia edib.
35 yaşlı forvard Dibalanın durumunu əsas gətirərək bir müddət İtaliyaya dönməyəcəyini deyib.
İtaliya mətbuatı isə Ronaldonun Dibalanın testlərinin müsbət nəticələri barədə mediaya dezinformasiyalar ötürdüyünü yazıb. Bir müddət əvvəl argentinalı hücumçunun koronavirus testinin dördüncü dəfə müsbət çıxması barədə xəbərlər yayılmış, ardınca futbolçunun rəfiqəsi Oriana Sabatini bunu təkzib etmişdi.
Qeyd edək ki, A Seriyası XXVI turdan sonra, martın 11-ində dayandırılıb.