"Atletiko"nun gənc yarımmüdafiəçisi Rodriqo Rikelme mövsümün sonunda klubu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi hələ Madrid komandası ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyib. Onun hazırkı müqavilə bu yay başa çatacaq.
Rodriqo "Real", "Betis", "Valensiya", "Ayaks", PSV və "Seltik" klublarının maraq dairəsindədir.
Bu mövsüm "Atletiko B" də çıxış edən ispan futbolçu artıq ilk komanda ilə məşqlərə cəlb edilib və La Liqada debüt edib.
Qeyd edək ki, "Atletiko" Rikelmenin müqavilənin uzadılması ilə bağlı təklifi qəbul edəcəyini gözləyir.