Bu gün Azərbaycan kubokunun II təsnifat mərhələsi başlayacaq.

Offsideplus.az xəbər verir ki, dörd gününü əhatə edəcək mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Mərhələnin açılış oyununda "Turan Tovuz" doğma meydanda "Hypers Guba" ilə üz-üzə gələcək.

Qərb təmsilçisi mübarizəyə bu mərhələdən qoşulur, qubalılar isə ilk mərhələdə "Göygöl"ü mübarizədən kənarlaşdırıb.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 oktyabr 

20:00. "Turan Tovuz" – "Hypers Guba"

Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Tovuz şəhər stadionu.