"Formula 1" üzrə İmola Qran-prisində bu gün sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, 1-ci hissə "Red Bull" pilotu Yuki Tsunodanın dəhşətli qəzası ilə yadda qalıb. Xoşbəxtlikdən pilot xəsarət almadan boliddən çıxmağı bacarıb.
Sıralama turunda ən sürətli "Maklaren" pilotu və hazırda çempionata liderlik edən Oskar Piastri olub. Bu, onun cari mövsüm üçüncü polu olub. Onun komanda yoldaşı Lando Norris dördüncü yerlə kifayətlənib. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen sabahkı yarışa ikinci, "Mersedes"dən Corc Rassel isə üçüncü başlayacaq.
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.