"Formula-1" üzrə Azərbaycan Qran-prisi başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Makleren" pilotu Oskar Piastri finiş xəttini 1-ci keçib.
"Ferrari" pilotu Şarl Lekler 2-ci, "Mersedes"dən Corc Rassel isə 3-cü yeri tutub.
Qeyd edək ki, yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki pilotun idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.