Formula 1 üzrə dünya çempionatının Çin qran-prisi geridə qalıb.

Offsideplus.az xəbər verir ki, “Red Bull” sürücüsü Maks Ferstappen finiş xəttini birinci keçməklə mövsümdə 4-cü qələbəsini qazanıb.

Startdan irəliəyən niderlandlı sürücü güclü olduğunu bir daha sübut edib. Pit-stopa daha erkən getməsi nəticəsində yarış zamanı liderliyini itirsə də, rahat şəkildə yenidən ötmə edərək qalib gəlməyi bacarıb.

İkinci yer Lando Norrisə qismət olub. Komandanın strategiyası Serxio Peresi ötməkdə yardım edib. Bununla da “Maklaren” sürücüsü keçən il Braziliya qran prisindən sonra ən yaxşı nəticəsini göstərib.

Üçüncü yer “Red Bull”un digər sürücüsü Serxio Peresə qismət olub. Təhlükəsizlik maşının trassa çıxması meksikalı sürücünü ikinci yerdən edib. Peresdən sonrakı yerlərdə “Ferrari”dən Şarl leklervə Karlos Sayns qərarlaşıblar.