Bu gün “Formula 1” üzrə Avstraliya Qran-prisində sıralama turu baş tutub. 

Offsideplus.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen birinci olub və sabah keçiriləcək yarışa ilk yerdən start verəcək. “Ferrari” pilotu Karlos Sayns ikinci, “Red Bull”un üzvü Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Avstraliya Qran-prisində əsas yarış martın 24-də Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.