"Formula 1" İtaliyadakı İmola trasında keçirilən Emiliya-Romanya Qran-prisi ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, yeni müqavilə 2025-ci ilədək nəzərdə tutulub.

Emiliya-Romanya Qran-prisi 2020-ci ildə dünya çempionatının təqviminə geri dönüb. Ötən il təqvimindəki yerini qoruyan İmola trası bu il yarışın dördüncü mərhələsinə (22 - 24 aprel) ev sahibliyi edəcək.