Bakıda "Formula 1"lə yanaşı, "Formula 2" yarışları da keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlayıb. O, bu mövsüm Bakıda F2 yarışının olacağını bildirib: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu mövsüm gerçəkləşəcək".
BŞH rəsmisi Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək (Report).