Formula-1 pilotu Maks Verspatten bir anda Azərbaycanda gündəm adamına çevrildi.
Təəssüf ki, bu, hollandiyalı pilotun Portuqaliya Qran-prisindəki üçüncülüyü ilə bağlı deyildi. Adının xoşagəlməz olayda hallanmasına səbəb Maksın Ermənistanın Hərbi İana Fonduna 100 dollar məbləğində ianə etməsiydi. Daha doğrusu, adıçəkilən qurum bu cür xəbər yaymışdı, Ermənistan mətbuatı da tirajlamışdı.
Açığı, xəbəri oxuyanda təəssüflənməmək mümkün deyildi. "Red Bull Racing" komandasının heyətində Bakıya səfər etmiş idmançının məlum hərəkəti ikrah doğurmaya bilməzdi.
Adamın Ermənistanla yaxından-uzaqdan əlaqəsi yoxdursa, köməyin kökündə dayanan nədir bəs? Məsələnin digər tərəfi, məgər Bakı Şəhər Halqasında çalışanlar, ümumiyyətlə bu yarışı Azərbaycanda təşkil edənlər ölkəmizə gələn pilotlara Qarabağ həqiqətlərini aşılamır? Bir başqa sual, belə bir vəziyyət yaranıbsa, ölkəmizdəki məsul şəxslər "Red Bull Racing" komandasının rəhbərliyi ilə əlaqə saxlayıb rəsmi mövqelərini ortaya qoyması bu qədərmi çətindir?
Sən demə, iradlarımızın heç bir əsası yox imiş. Çünki Verstappen dığalara bir qəpik də kömək etməyib. Belə bir niyyəti də olmayıb. Sadəcə, ermənilər tanınmış idmançının adından sui-istifadə edərək növbəti dəfə vicdansızlıq ediblər.
Offsideplius.az saytı olaraq Bakı Şəhər Halqasının mətbuat katibliyinə zəng edib, niyyətimizi bildirəndə, bizə belə bir halın yaşanmadığını bildirdilər. Sübut-dəlil istəyəndə isə pilotun təmsil etdiyi komandanın adından Hollandiya mətbuatında dərc olunan yazını göndərdilər.
Elə isə, saytdakı yazı ilə siz də tanış olun: "Ötən həftəsonu Ermənistan mətbuatında məlumat dərc olunmuşdu..Guya Maks Verstappenin Ermənistan ordusuna dəstək olmaq niyyəti ilə 100 dollar məbləğində ianə edib. Üstəlik, Maksın adından sitat da qoyulub: "Ermənistana ianə etməsəydim, üçüncülüyün sevincini doyunca yaşaya bilməzdim. Erməni əsgərlər hər gün vətən uğrunda canlarından keçirlər".
Pilotun üzvü olduğu "Red Bull Racing" məsələ ilə bağlı rəsmi mövqeyini bildirib: "Maks Verstappenin adından əminliklə qeyd edirik ki, pilotumuz belə bir qurumu tanımır və ora heç bir ianə etməyib".
Bu da alçaqların növbəti vicdansızlığı. Heç kimə lazım olmadıqları ilə barışmayaraq hər dəfə müxtəlif ünlü simaların kölgəsi altında gizlənməyə çalışırlar. Guya dünya bunların halına acıyır, guya bunları tanıyan var. Bu, tək Maks Verstappeninin yox, təmsil etdiyi komandanın ünvanına söyüşdür. Söyüşün cavabı isə alçaqları məhkəməyə verib, təzminat tələb etməkdir.
Mənbə: racingnews365