2024-25 mövsümündə avrokuboklarda iştirak etmiş klubların əldə etdiyi gəlir bəlli olub.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının qalibi PSJ 148,4 milyon avro, ikinci yerin sahibi "İnter" (Milan) isə 136,6 milyon avro qazanıb.
Tarixində ilk dəfə Avropa Liqası tituluna yiyələnmiş "Tottenhem" 45,4 milyon avro gəlir əldə edib. AL-də mübarizə aparmış təmsilçimiz - "Qarabağ" klubu isə mövsümü 12,2 milyon avro ilə başa vurub. Ağdam komandası Türkiyənin "Beşiktaş" klubunu qabaqlayıb (10,7 milyon avro).
"Çelsi" isə Konfrans Liqasının çempionu olaraq 22 milyon avro qazanıb.