"Fənərbağça" növbəti avrokubok oyununda zədəlilərlə yanaşı daha iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Fred və Osayi Samuel "Anderlext" ilə son qarşılaşmada gördükləri sarı vərəqəyə görə cəzalı vəziyyətə düşüblər.
Sözügedən oyunçular bu səbəbdən Avropa Liqasının bir sonrakı matçında "sarı-lacivərtlilər"ə kömək edə bilməyəcəklər.