Avropa Liqasının Liqa mərhələsi çərçivəsində "Fənərbağça" səfərdə "Slaviya Praqa" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, matçın 7-ci dəqiqəsində meydan sahiblərinin heyətində Tomaş Çori fərqlənib. Buna baxmayaraq "sarı-lacivərtlilər" 35-ci dəqiqədə Edin Cekonun qolu ilə hesaba tarazlıq gətiriblər. 85-ci dəqiqədə rəqib qapısına yol tapan En-Nesr isə yekun hesabı müəyyənləşdirib.
Oyunda vurulan qolları təqdim edirik.