Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" "Ayaks"a 0:3 hesabı ilə məğlub oldu.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Rusiya mətbuatının da gündəmində olub. "Sport-Ekspress" nəşri Ağdam təmsilçisinin məğlubiyyəti ilə bağlı məqalə hazırlayıb. Həmin yazını diqqətinizə çatdırırıq:
"Ayaks" avrokuboklar matçı üçün Bakıya yollanmış ən titullu klub adına sahib çıxdı. Bəli, "Bayer 04" də yazda burada olmuşdu, amma Xabi Alonsonun komandası ona qədər titulu qazanmamışdı. Qurban Qurbanov nəticədən asılı olmayaraq Amsterdam komandasının gəlişini Azərbaycan futbolu üçün yaxşı hadisə adlandırıb. Amma təbii ki, "Qarabağ" nəticəyə nail olmaq istəyirdi. Bir dəfə top Pasverin qapısından keçdi, amma VAR qolu ləğv etdi. Qonaqların əks-hücumları ona gətirib çıxardı ki, yöndəmsiz oynayan Julio Romao qapı istiqamətinə qaçan Qodtsu yıxdı və "Qarabağ" artıq 15-ci dəqiqədə azlıqda qaldı. Bu, oyunun axarını dəyişdi. Artıq üç məğlubiyyəti olan “Qarabağ” fasilədən sonra yüksəlməyə çalışsa da, üç dəqiqə ərzində meydan sahibləri iki qolla "qırılmışdı". Üstəlik, Elvin Cəfərquliyev ikinci sarı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollandı".