"Fənərbağça" "Yunion" ilə oyundan əvvəl zədəli futbolçusu ilə bağlı açıqlama verdi.

Offsideplus.az xəbər verir ki, İrfan Can Eyribayat zədələndiyi üçün matçın heyətindən kənarlaşdırılıb.

Klub İrfan Canın yerinə Ömer Bircan Camcını heyətə daxil edib. "Fənərbağça"nın rəsmi açıqlamasında qeyd olunub:

"Matçın heyətində zədəli İrfan Can Eyribayatın yerinə Ömer Bircan Camcı yer alıb."