UEFA Avropa Liqasının qrup mərhələsinin son matçında "Fənərbağça" "Dinamo"ya 2:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in gənc yarımmüdafiəçisi Arda Güler matçın ilk 45 dəqiqəsində 1 qol və 1 assistə imza atıb. Beləliklə, o, Avroliqanın qrup mərhələsində qol vuran ən gənc oyunçu olub (17 yaş 251 gün). Arda bu göstəricidə Cud Bellinqemi (19 yaş 98 gün) qabaqlayıb.
Qeyd edək ki, Güler qolunu iki ay öncə ürək əməliyyatı olan anasına həsr edib: "Anacan, səni çox sevirəm".